Azərbaycanda 09 mayın kriminal xronikası

Azərbaycanda 09 mayın kriminal xronikası

10 May 2012 11:17
859
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 53 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 53 cinayət faktı qeydə alınmış, onların da 24-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 21 nəfər tutulmuşdur.

Qazax şəhər sakini İlqar Sadıqova xəsarət yetirmiş Gəncə şəhər sakini Tural Məmmədov tutulmuşdur

09.05.2012

Mayın 9-da Qazax şəhəri ərazisindən şəhər sakini İlqar Sadıqov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir. Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni qısqanclıq zəminində törətmiş Gəncə şəhər sakini Tural Məmmədov tutulmuşdur.

Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi

09.05.2012

Mayın 9-da saat 10.15 radələrində Yevlax rayonu ərazisində Mingəçevir şəhər sakini Saməddin Cəfərov "VAZ-21010" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən həmyerlisi Emin Əliyevin idarə etdiyi "MAN" markalı yük avtomaşınına vurmuşdur. Nəticədə S.Cəfərovun sərnişini Elnurə Cəfərova hadisə yerində ölmüş, özü isə xəsarətlə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

09.05.2012

Mayın 9-da saat 19.00 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini 7 yaşlı Toğrul Zeynalov vurulmuşdur. Nəticədə xəsarət almış uşağa xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Mobil telefon oğurlamış Bakı şəhər sakini Məmməd Məmmədzadə tutulmuşdur

09.05.2012

Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 27-də Leyla Mirzəyevaya məxsus mobil telefonu oğurlamış Bakı şəhər sakini Məmməd Məmmədzadə tutulmuşdur.

Yol-nəqliyyat hadisəsi törətmiş Bakı şəhər sakini Elşad Abbasov tutulmuşdur

09.05.2012

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də Sevda Əliyevanın və Firəngiz Nəsirovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "Toyota-Prado" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini Elşad Abbasov tutulmuşdur.

Oğurluq etmiş Bakı şəhər sakini Rövşən Allahverdiyev tutulmuşdur

09.05.2012

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 31-də Natiq Quliyevə məxsus "Mercedes" markalı avtomaşından 200 manat pul, mobil telefon və şəxsi sənədlər oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Allahverdiyev tutulmuşdur.

Avtomaşın ehtiyat hissələrini oğurlamış Sumqayıt şəhər sakini Elşən Əsgərov tutulmuşdur

09.05.2012

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-də Adil Laçınova məxsus "VAZ-21015" markalı avtomaşının təkərlərini oğurlamış Sumqayıt şəhər sakini Elşən Əsgərov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun may ayının 2-də, şəhər sakini Fərhad Qədirova məxsus "VAZ-21013" markalı avtomaşından 2 ədəd təkərini də oğurlaması müəyyən edilmişdir.

Traktorun hissələrini sökərək oğurlamış Gədəbəy rayon sakinləri Azad Aslanov və Mayıl Əmiraslanov tutulmuşlar

09.05.2012

Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 8-də "TD-75" markalı traktorun hissələrini sökərək oğurlamış rayon sakinləri Azad Aslanov və Mayıl Əmiraslanov tutulmuşlar.

Bakı şəhər sakini Nəcməddin Mehdiyevdən saxta əsginas və narkotik vasitə götürülmüşdür

09.05.2012

Mayın 9-da Salyan şəhəri ərazisində, şəhər sakini Namiq Tağıyevə məxsus mağazaya gəlmiş naməlum şəxs saxta 10 manatlıq əsginas verərək danışıq kartı almışdır. Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılmış və onun Bakı şəhər sakini Nəcməddin Mehdiyev olması müəyyən edilmişdir. N.Mehdiyevin üzərinə baxış zamanı 1 ədəd 100 manatlıq və 6 ədəd 10 manatlıq saxta əsginaslar, habelə təxminən 1 qram heroin aşkar edilərək götürülmüşdür.

Oğurluq etmiş Ucar rayon sakinləri Sərxan Həsənov və İlqar Ələkbərov tutulmuşlar

09.05.2012

Ucar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 8-də Mehman Xəlilovun evindən 205 manat pul oğurlamış rayon sakinləri Sərxan Həsənov və İlqar Ələkbərov tutulmuşlar.

Sumqayıt şəhər sakini Səbinə Həsənova və Cəlilabad rayon sakini Aytəkin İsmayılova zəhərlənmişlər

09.05.2012

Mayın 9-da Sumqayıt şəhər sakini Səbinə Həsənova və Cəlilabad rayon sakini Aytəkin İsmayılova kimyəvi məhluldan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Ağdam rayonunda yaşayan Emin Ağayev su çəlləyinə düşərək boğulmuşdur

09.05.2012

Mayın 9-da Ağdam rayonunun Mirəşelli kəndində yaşayan 3 yaşlı Emin Ağayev həyətlərindəki su çəlləyinə düşərək boğulmuşdur.

Mingəçevir şəhəri ərazisində tikintidə işləyən Polad Cəfərov aldığı xəsarətdən ölmüşdür

09.05.2012

Mayın 9-da Mingəçevir şəhəri ərazisində "Akkord" MMC tərəfindən aparılan tikintidə, orada işləyən Polad Cəfərovun başına daş düşməsi nəticəsində xəsarət almışdır. Xəstəxanaya yerləşdirilmiş P.Cəfərov orada ölmüşdür.

O.M.