Şamaxıda selə düşən avtomobillərdən 22 nəfər xilas edildi

Şamaxıda selə düşən avtomobillərdən 22 nəfər xilas edildi

10 May 2012 10:42
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Bağırlı kəndi yaxınlığında yağış və sel sularının intensivləşməsi nəticəsində avtomobillər və sərnişinlər köməksiz vəziyyətdə yolda qalmışdır. Hadisə yerinə cəlb olunmuş yanğın-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət, avadanlıq və avtomobillər vasitəsilə 22 nəfəri xilas edərək təhlükəsiz əraziyə təxliyə etmişlər. Əməliyyat saat 22:15 də başa çatmışdır.

O.M.