Aptekdə həyat yoldaşı  tərəfindən bıçaqlanan qadın xəstəxanada vəfat edib

Aptekdə həyat yoldaşı tərəfindən bıçaqlanan qadın xəstəxanada vəfat edib

17 Sentyabr 2020 12:56
Bəyəndim (2) Bəyənmədim (0)

9 gün əvvəl Mingəçevir şəhərində yerləşən aptekdə həyat yoldaşı Anar İsmayılov tərəfindən bıçaqlanan qadın vəfat edib.

Oxuməni.az xəbər verir ki, ürəyindən ağır xəsarət alan və Mingəçevir şəhər Mərkəzi Xəxtəxanasına aparılan 1980-ci il təvəllüdlü Könül Mirzəliyevanın həyatını xilas etmək mümkün olmayıb. O, ötən gecə vəfat edib.

Bildirilir ki, A.İsmayılov həyat yoldaşına qarşı mütamadi olaraq zorakılığa əl ataraq ondan daim pul tələb edirmiş.

Hadisəni törədən şəxs tutulub. Faktla bağlı cinayət işi açılıb.

Zaur

Oxuməni.az