Nəsimi rayonunda soyğunçuluqla məşğul olan şəxs yaxalanıb

Nəsimi rayonunda soyğunçuluqla məşğul olan şəxs yaxalanıb

15 Sentyabr 2020 15:55
Bəyəndim (3) Bəyənmədim (0)

Paytaxtın Nəsimi rayonunda soyğunçuluqla məşğul olan şəxs yaxalanıb.

Oxuməni.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis şöbəsinə sentyabrın 12-də saat 23 radələrində rayon ərazisindəki parkların birində Bakı şəhər sakini olan bir azyaşlının mobil telefonunun açıq talama yolu ilə əlindən alınması barədə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini İ.Babayev müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı təhqiqat aparılır.

Oxuməni.az