Cinayət Məcəlləsinin 128-ci  maddəsi ilə axtarışda olan N.Musayev saxlanılıb

Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə axtarışda olan N.Musayev saxlanılıb

14 Sentyabr 2020 14:50
Bəyəndim (2) Bəyənmədim (0)

Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı və Abşeron Rayon Polis idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə axtarışda olan N.Musayev saxlanılıb.

Oxuməni.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, həmin şəxsin doqquz nəfərin mobil telefonlarını oğurlaması da müəyyənləşdirilib.

Zaur

Oxuməni.az