79 yaşlı Göyçay sakini intihar etdi

79 yaşlı Göyçay sakini intihar etdi

8 May 2012 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdaş rayonunda bu gün səhər saat 10:00 radələrində intihar hadisəsi qeydə alınıb. APA-nın məlumatına görə, hadisə Yuxarı Şirvan kanalının Göyçay və Ağdaş rayonlarının sərhədindən keçən hissəsində baş verib. Göyçay rayonunun Potu kənd sakini 1933-cü il təvəllüdlü İsmayılov İsmayıl Bağı oğlu balıq tutmaq adı ilə evdən çıxıb və əşyalarını kanalın kənarında qoyaraq özünü suya atıb. Hazırda Göyçay və Ağdaş rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 79 yaşlı kişinin meyitinin axtarış işləri davam etdirilir. Onun intihar etdiyi bildirilsə də, balıq tutarkən ayağının sürüşərək kanala düşməsi ehtimalı da araşdırılır. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

O.M.