Binəqədi və Nərimanov rayonlarında oğurluqla məşğul olan şəxslər həbs ediliblər

Binəqədi və Nərimanov rayonlarında oğurluqla məşğul olan şəxslər həbs ediliblər

11 Sentyabr 2020 15:57
Bəyəndim (1) Bəyənmədim (0)

Paytaxtın Binəqədi və Nərimanov rayonlarında oğurluqla məşğul olan şəxslər tutulublar.

Oxuməni.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, avqustun 11-də Binəqədi rayonunun ərazisində bir avtomobildən 150 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Rəsulov Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşları isə avqustun 11-də E.Məmmədovun içərisində 600 manat, hesabında 546 manat olan bank kartı və sənədlərin olduğu pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Talıbzadəni yaxalayıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

Zaur

Oxuməni.az