Yevlaxda çoban qətlə yetirildi

Yevlaxda çoban qətlə yetirildi

8 May 2012 10:51
589
Bəyəndim (0) Bəyənmədim (0)

Yevlax Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Nemətabad kəndində yerləşən fermada qətl hadisəsi qeydə alınıb. Fermanın işçisi, 31 yaşlı Şəhla Muxtarova münaqişə zəminində fermada çobanlıq edən 54 yaşlı Ələddin Məhərrəmova qayçı ilə xəsarət yetirib. Ə.Məhərrəmov aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.