Bakının mərkəzində restoran və ofis yandı

Bakının mərkəzində restoran və ofis yandı

8 May 2012 10:22
573
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 1400 kv.m olan üçmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 240 kv.m olan restoranın yanar konstruksiyaları və içərisində olan əşyalar 163 kv.m. sahədə, binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 115 kv.m olan 2 mənzildə fəaliyyət göstərən ofisdə döşəmə 15 kv.m sahədə, ofis kimi fəaliyyət göstərən ümumi sahəsi 150 kv.m olan mənzildə arakəsmə divar 6 kv.m sahədə, ofis kimi fəaliyyət göstərən ümumi sahəsi 120 kv.m olan mənzildə döşəmə 20 kv.m sahədə, ofis kimi fəaliyyət göstərən ümumi sahəsi 30 kv.m olan mənzildə arakəsmə divar 6 kv.m sahədə (ümumi 210 kv.m) yanmışdır. Hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri də cəlb olunmuşlar. Xilasedicilər sakinlərin təxliyə olunmasını və təhlükəsiz əraziyə uzaqlaşdırılmasını təşkil etmişlər. Yanğın saat 02:35-də söndürülmüşdür. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuş, 3 nəfər sakin xilas olunmuşdur.

O.M.