Bakıda mənzilində yaralı vəziyyətdə olan xəstə xilas edildi

Bakıda mənzilində yaralı vəziyyətdə olan xəstə xilas edildi

8 May 2012 10:09
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda mənzildə bağlı qapı arxasında 1979-cu il təvəllüdlü 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarında riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanmışdır. O, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 00:33-də başa çatmışdır.

O.M.