Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi

7 May 2012 11:20
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsinin verdiyi məlumata görə, bu gün 01:00 radələrində Hacıqabul rayonu ərazisində Zaqatala rayon sakini Zeynal Rəsulovun idarə etdiyi "Mercedes" markalı avtobusla, Hacıqabul rayon sakini Əbülfəz Həsənovun idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Z.Rəsulov hadisə yerində ölmüş, xəsarət almış sərnişini Həmid Hüseynov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

O.M.