Bakıda avtomobil elektrik dirəyinə dəydi

Bakıda avtomobil elektrik dirəyinə dəydi

7 May 2012 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda "Mercedes-Benz" markalı minik avtomobili yol kənarında olan elektrik dirəyinə çırpılmışdır. Zərbə nəticəsində alovlanan avtomobilin yanar hissələri yanmışdır. Hadisə şahidlərinin sözlərinə görə, hadisə zamanı avtomobildə olan 3 nəfər xəsarət almış və yanğın bölmələri hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən aidiyyəti üzrə aparılmışdır. Yaxınlıqdakı ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

O.M.