Lənkəranda 2 yaşlı uşağın əli ətçəkən maşında qaldı

Lənkəranda 2 yaşlı uşağın əli ətçəkən maşında qaldı

7 May 2012 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinə Lənkəran rayonu Ballabur kənd sakini olan azyaşlının əlinin ətçəkən maşının içərisində sıxılmış vəziyyətdə qalması və onun Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ətçəkən maşını kəsərək uşağın əlini çıxarmışlar. Azyaşlı xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:32-də başa çatmışdır.

O.M.