48 yaşlı Salyan sakini intihar etdi

48 yaşlı Salyan sakini intihar etdi

5 May 2012 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Salyanda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Salyan Rayon Prokurorluğundan bildirilib. Məlumata görə, rayonun Arbatan kənd sakini, 1964-cü il təvəllüdlü Quliyev Vidadi Əvəz oğlu bu gün səhər saatlarında özünü asaraq intihar edib. İntiharın motivi istintaq tərəfindən araşdırılır. Qeyd edək ki, bu, son iki gündə Salyanda baş verən ikinci intihar hadisəsidir.

O.M.