Azərbaycanda 04 mayın kriminal xronikası

Azərbaycanda 04 mayın kriminal xronikası

5 May 2012 10:59
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 43 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 43 cinayət faktı qeydə alınmış, onların da 23-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 26 nəfər tutulmuşdur.

Elşad Sevindikova balta ilə xəsarət yetirmiş Bərdə rayon Alaçadırlı kənd sakini Vəli Quliyev tutulmuşdur

04.05.2012

Mayın 4-də Bərdə şəhərindəki bazarda, Alaçadırlı kənd sakini Vəli Quliyev münaqişə zəminində Elşad Sevindikova balta ilə xəsarət yetirmişdir. V.Quliyev Bərdə RPŞ əməkdaşlarının tutulmuşdur.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

04.05.2012

Mayın 4-də saat 07.40 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Hicran Cəlilova vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

"AK" markalı avtomatı 800 manata satarkən Qazax rayon sakini Manis Qədirov tutulmuşdur

04.05.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Manis Qədirov 1 ədəd "AK" markalı avtomatı 800 manata satarkən tutulmuşdur.

Yararsız içki məhsulları dövriyyədən çıxarılmışdır

04.05.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Buzovna qəsəbəsindəki "Şərab evi" mağazasının sahibi Anar Bayramov və "QAZel" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini Əli Cəfərov istehlakçılara saxta, qidaya yararsız, üzərində Rusiya Federasiyasının aksiz markaları yapışdırılmış 40 ədəd "Stoliçnaya vodka" araqlarını satarkən saxlanılmışlar. Baxış zamanı mağazada və avtomaşında əlavə 86 ədəd saxta "Stoliçnaya vodka" və "Zelyonaya marka" araqları aşkar edilərək götürülmüşdür.

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş vermişdir

04.05.2012

Nizami rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin keçirdiyi əməliyyat nəticəsində ötən gecə rayon ərazisində yerləşən "Kitayski" gecə klubunda Bakı sakini Qolçuyev Etibar Sacəddin oğlunu bıçaqlayan Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Məhərrəmov Aqil Rəis oğlu tutulmuşdur. İlkin araşdırma zamanı A.Məhərrəmovun hadisəni törədərkən sərxoş olduğu məlum olmuşdur. Yaralı xəstəxanaya yerləşdirilmişdir.

Azərbaycan Ordusunun zabiti bədbəxt hadisə nəticəsində vəfat etmişdir
04.05.2012

Xəzər rayonunun Zirə qəsəbəsində, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinə məxsus hərbi şəhərcikdə ölüm hadisəsi qeydə alınmışdır. Milli Ordunun baş leytenantı, 1979-cu il təvəllüdlü Zaur Xəlil oğlu Xudiyev yaşadığı evin hamamında çimərkən üstü açıq elektrik naqilinə toxunması nəticəsində onu cərəyan vurmuşdur. Nəticədə o, hadisə yerində keçinmişdir.

Avtomaşın qaçırmış Bakı şəhər sakini Amin Ramazanov saxlanılmışdır

04.05.2012

Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 1-də Nicat Ağayevə məxsus qaçırılmış "VAZ-2103" markalı avtomaşın mayın 4-də rayon ərazisində tapılmış, avtomaşını qaçırmış Bakı şəhər sakini Amin Ramazanov saxlanılmışdır.

Bakı şəhər sakini Samir Əzimovun qumar oyunu təşkil etməsi müəyyən edilmişdir

04.05.2012

Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 4-də rayon ərazisindəki çay evlərinin birində, Bakı şəhər sakini Samir Əzimovun qumar oyunu təşkil etməsi müəyyən edilmişdir.

Göygöl rayon Balçılı kənd sakinləri Qalib Verdiyev, Telman Rüstəmov və Aktiv Əliyev tutulmuşlar

04.05.2012

Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Samir Quliyevi döyüb, ondan 3000 manat pul almış Balçılı kənd sakinləri Qalib Verdiyev, Telman Rüstəmov və Aktiv Əliyev tutulmuşlar.

Sumqayıt şəhər sakini Tahir Rüstəmov hündürlükdən yıxılaraq ölmüşdür

04.05.2012

Aprelin 28-də Sumqayıt şəhərinin Yaşma bağlar yaşayış sahəsində, orada təmir işləri aparan şəhər sakini Tahir Rüstəmov hündürlükdən yıxılmışdır. Xəstəxanaya yerləşdirilmiş T.Rüstəmov may ayının 4-də orada ölmüşdür.

Astara rayon sakini Asif Əliyev ehtiyatsızlıq nəticəsində aldığı xəsarətdən ölmüşdür

04.05.2012

Mayın 4-də Lənkəran rayonunun Siyavər kəndi ərazisində Astara rayon sakini Asif Əliyev özünə məxsus traktorda təmir işləri apararkən ehtiyatsızlıq nəticəsində aldığı xəsarətdən ölmüşdür.

"Sədərək" ticarət mərkəzinin yaxınlığından yeni doğulmuş qız uşağı tapılmışdır

04.05.2012

Mayın 4-də Qaradağ rayonu ərazisindəki "Sədərək" ticarət mərkəzinin yaxınlığında əl çantasının içərisində yeni doğulmuş qız uşağı tapılaraq 1 saylı Uşaq Evinə təhvil verilmişdir.

O.M.