Baş prokurorluq 26 saylı Mərdəkan və 14 saylı Buzovna xəstəxanalarında əməliyyat keçirdi

Baş prokurorluq 26 saylı Mərdəkan və 14 saylı Buzovna xəstəxanalarında əməliyyat keçirdi

4 May 2012 13:11
Bəyəndim (0) Bəyənmədim (0)

Baş prokuror yanında Korrupsiya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Bakının Xəzər rayonunda, 26 saylı Mərdəkan və 14 saylı Buzovna xəstəxanalarında əməliyyat keçirib. Həyata keçirilən xüsusi əməliyyat nəticəsində 14 saylı Buzovna xəstəxanasının baş həkimi Oqtay Salamov və daha bir neçə həkim şübhəli şəxs qismində saxlanılıb. Onlar rüşvət almaqda günahlandırılırlar. 14 saylı Buzovna Xəstəxanasından faktı təsdiqləsələr də, bu barədə ətraflı açıqlama verilməyib.
Hazırda 26 saylı Mərdəkan Xəstəxanasından prokurorluq tərəfindən əməliyyat aparılır.

O.M.