Azərbaycanda 03 mayın kriminal xronikası

Azərbaycanda 03 mayın kriminal xronikası

4 May 2012 10:32
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 54 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 54 cinayət faktı qeydə alınmış, onların da 33-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 7 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 20 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 24 nəfər tutulmuşdur.

Ağstafa şəhəri ərazisindən A.Axundova məxsus avtomaşını qaçırmış A.Kərimov tutulmuşdur

03.05.2012

Mayın 3-də saat 21.00 radələrində Ağstafa şəhəri ərazisindən şəhər sakini Asif Axundova məxsus "VAZ-21011" markalı avtomaşın qaçırılmışdır. Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın şəhər ərazisində saxlanılmış və hadisəni törətmiş Köçəsgər kənd sakini Ayaz Kərimov tutulmuşdur.

Sumqayıt şəhəri ərazisində traktorla piyada vurmuşdur

03.05.2012

Mayın 3-də saat 09.00 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Həzran Dadaşov "Hidramek" markalı traktoru idarə edərkən həmyerlisi Elşad Əhmədzadəni vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Sumqayıt şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla 11 yaşlı V.Şıxıyev vurulmuşdur

03.05.2012

Mayın 3-də saat 11.30 radələrində Sumqayıt şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini 11 yaşlı Vasif Şıxıyev vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Sabunçu rayonu ərazisində "Daewoo" və "Otoyol" markalı sərnişin avtobusları toqquşmuşdur

03.05.2012

Mayın 3-də saat 10.45 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakinləri Hikmət Kərimovun idarə etdiyi "Daewoo" və Amid Talıbovun idarə etdiyi "Otoyol" markalı sərnişin avtobusları toqquşmuşdur. Nəticədə xəsarət almış 18 nəfər sərnişinə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

Əmisinin evini qəsdən yandırmış Yasamal rayon sakini R.Sadıqov tutulmuşdur

03.05.2012

Mayın 3-də saat 21.00 radələrində Yasamal rayonunda yaşayan Röyal Sadıqov sərxoş halda eyni ünvanda yaşayan əmisi Firudin Sadıqova məxsus evi qəsdən yandırmışdır. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, xəsarət alan olmamışdır. R.Sadıqov Yasamal RPİ 29-cu PB əməkdaşları tərəfindən tutulmuşdur.

Martın 8-də iki avtomaşını qaçırmış Bakı şəhər sakini E.Dadaşov tutulmuşdur

03.05.2012

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də Ramin Şirinova məxsus "VAZ-2103" və Zülfü Əsədova məxsus "VAZ-2106" markalı avtomaşınları qaçırmış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emil Dadaşov, mayın 3-də isə Cavid Mehdiyevə məxsus "VAZ-2107" markalı avtomaşından oğurluğa cəhd göstərmiş Bakı şəhər sakini Vüqar Abbasov tutulmuşlar.

İki nəfərə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Quba şəhər sakini M.İsayev tutulmuşdur

03.05.2012

Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də Zaur Həbibova və Yalçın Rəhimova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Quba şəhər sakini Mübariz İsayev tutulmuşdur.

2010-cu ildə Quba rayon sakini N.Nuriyevanın evindən oğurluq etmiş rayon sakini R.Ağasiyev tutulmuşdur

03.05.2012

Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il dekabrın 12-də Nəcabət Nuriyevanın evindən 3000 manat pul və məişət əşyaları oğurlamış rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Ağasiyev tutulmuşdur.

Yanvarın 18-də Göyçay rayon sakini P.Musayevaya məxsus inəyi oğurlamış Füzuli rayon sakini Y.Vəliyev tutulmuşdur

03.05.2012

Göyçay RPŞ və Sabirabad RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də Pəri Musayevaya məxsus 1 baş inəyi oğurlamış Füzuli rayon sakini Yusif Vəliyev tutulmuşdur.

Mayın 1-də Sabirabad rayonu ərazisində oğurluqlar törətmiş N.Əkbərov və G.Fətiyev tutulmuşlar

03.05.2012
Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 1-də Arzu Bağırova məxsus mağazadan, Elşad Bağırova məxsus "KamAZ" markalı avtomaşından və Saday Zülfüqarova məxsus həyətdən oğurluq etmiş Kürkəndi kənd sakinləri Nəzir Əkbərov və Gündüz Fətiyev tutulmuşlar.

Sabirabad şəhəri ərazisində İmişli rayon sakini H.Rüstəmov avtomaşını idarə edərkən rayon sakini M.Həsənovu vurmuşdur

03.05.2012

Cari ilin aprel ayının 14-də saat 10.00 radələrində Sabirabad şəhəri ərazisində İmişli rayon sakini Hüseyn Rüsətmov "VAZ-2107" markalı avtomaşını idarə edərkən Xəlfəli kənd sakini Mübariz Həsənovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada mayın 2-də orada ölmüşdür.

Zaqatala rayon sakini H.Əmirovu inək vurması nəticəsində aldığı xəsarətdən ölmüşdür

03.05.2012

Mayın 3-də Zaqatala rayonunun Aşağı Tala kənd sakini Hacı Əmirov yardımçı təsərrüfatında olarkən onu inək vurmuşdur. O, aldığı xəsarətdən ölmüşdür.

Qayını Fərhad Əhədovu qətlə yetirməkdə şübhəli bilinən Neftçala rayonunun Həsənabad qəsəbə sakini Zaur Əsgərov tutulmuşdur

03.05.2012

Mayın 3-də Neftçala rayonunun Həsənabad qəsəbəsində, qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zaur Əsgərov münaqişə zəminində qayını Fərhad Əhədova bıçaqla xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş F.Əhədov orada ölmüşdür. Z.Əsgərov Neftçala RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi

03.05.2012

Mayın 3-də saat 02.15 radələrində Səbail rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Nazim Camalovun idarə etdiyi "VAZ-21015" markalı avtomaşına sərnişin qismində oturub Bayıl qəsəbəsinə gedəcəyini bildirmişdir. Bayıl qəsəbəsi ərazisində həmin şəxs N.Camalovu bıçaqla hədələyib, ondan 15 manat pul alıb avtomaşından düşüb qaçarkən Çevik Polis Alayı əməkdaşları tərəfindən tutulmuşdur. Onun Sumqayıt şəhər sakini Xanlar Həsənov olması müəyyən edilmişdir.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

03.05.2012

Mayın 3-də saat 01.45 radələrində Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Elnarə Quliyeva vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

O.M.