“Piyadalar, diqqətli olun!” həftəsində 4 piyada öldü, 23-ü xəsarət aldı

“Piyadalar, diqqətli olun!” həftəsində 4 piyada öldü, 23-ü xəsarət aldı

4 May 2012 10:04
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda "Piyadalar, diqqətli olun!" şərti adı altında keçirilən hərəkətin təhlükəsizliyi həftəliyinin nəticələri açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Kamran Əliyev jurnalistlərə bildirib ki, keçirilən həftəlik ərzində piyadaların vurulması ilə bağlı 24 hadisə qeydə alınıb. Nəticədə 4 piyada ölüb, 23-ü xəsarət alıb. Piyadaların vurulması ilə nəticələnən yol qəzalarından 11-i Bakı şəhərində törədilib. Nəticədə 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Piyadaların vurulması ilə nəticələnən yol qəzalarında zərərçəkənlərdən 6-sı azyaşlı uşaq olub. Onlardan 1-i ölüb, 5-i isə yaralanıb.

O.M.