Millət vəkilinin qardaşını öldürmək istədi

Millət vəkilinin qardaşını öldürmək istədi

25 Aprel 2011 11:19
Bəyəndim (0) Bəyənmədim (0)
İslam Rzayev rəqibinə bıçaqla zərbə vurdu

Sa­biq mil­lət və­ki­li Ək­rəm Ab­dul­la­ye­vin qar­da­şı, Sal­yan ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin şə­hər ic­ra nü­ma­yən­də­si Əli­pa­şa Ab­dul­la­ye­vi qəs­dən öl­dür­mə­yə cəhddə təq­sir­lən­di­ri­lən şəx­sin ci­na­yət işi üz­rə məh­kə­mə pro­se­si ye­kun­la­şıb.

Məh­kə­mə yo­lu ilə mü­əy­yən edi­lib ki, ötən ilin iyun ayı­nın 2-də "Ri­yad" mü­ha­fi­zə xid­mə­ti­nin rəi­si İs­lam Rza­yev Əli­pa­şa Ab­dul­la­ye­vi iş ota­ğın­da bı­çaq­la­yıb. Bə­də­ni­nin müx­tə­lif nahiyələrindən 6 bı­çaq zər­bə­si alan Ə.Ab­dul­la­yev Sal­yan mər­kə­zi Ra­yon Xəs­tə­xa­na­sı­na yer­ləş­di­ri­lib. Onun hə­ya­tı­nı xi­las et­mək müm­kün olub. Sal­yan Ra­yon Po­lis Şö­bə­si­nin əmək­daş­la­rı tə­rə­fin­dən İs­lam Rza­yev tu­tu­la­raq is­tin­ta­qa təh­vil ve­ri­lib.


Təq­sir­lən­di­ri­lən şəxs qis­min­də din­di­ri­lən İs­lam Rza­yev ona elan olun­muş it­ti­ham­la özü­nü qismən təq­sir­li bi­lib. O, ifa­də­sin­də qeyd edib ki, ica­rə­yə gö­tür­dü­yü sə­na­ye ti­ca­rət yar­mar­ka­sın­da olar­kən Əli­pa­şa Ab­dul­la­yev­lə mü­ba­hi­sə edib. Onun söz­lə­ri­nə gö­rə, Əli­pa­şa Ab­dul­la­yev yarmarka­ya gə­lə­rək bil­di­rib ki, ar­tıq bu­ra sən­lik de­yil. Mil­lət və­ki­li­nin qar­da­şı aktla yar­mar­ka­nın Sal­yan ra­yon Ko­o­pe­ra­tiv Cə­miy­yə­ti­nin ba­lan­sı­na ke­çi­ri­lə­cə­yi­ni de­yib. Cə­miy­yə­tin səd­ri El­şad İs­ma­yı­lov yar­mar­ka­nın ra­yon Ko­o­pe­ra­tiv Cə­miy­yə­ti­nin ba­lan­sı­na ke­çi­ri­lə­cə­yi­ni təs­diq­lə­yib və bu­nun­la bağ­lı sə­nə­din də ol­du­ğu­nu qeyd edib.



"Mə­nə de­di ki, be­lə qu­rum, nə də elə adam­lar ta­nı­maq is­tə­mi­rəm"


"El­şad İs­ma­yı­lov sə­nə­din cə­miy­yət­də ol­du­ğu­nu və oradan gö­tür­mə­yi­mi məs­lə­hət bil­di. Təx­mi­nən hə­min gün sa­at 12:30 ra­də­lə­rin­də El­şa­dın iş ye­ri­nə get­dim. Ora­da onu ta­pa bil­mə­dim. Onun­la te­le­fon­la əla­qə sax­la­dım, öy­rən­dim ki, na­har fa­si­lə­si­nə çı­xıb. Mən də Əli­pa­şa Ab­dul­la­ye­vin kö­mək­çi­si Va­hi­də zəng edə­rək Ab­dul­la­ye­vin mə­nə vəd et­di­yi yar­mar­ka sə­nə­di­nin ha­ra­da ol­du­ğu­nu so­ruş­dum. Va­hid mə­nə de­di ki, Əli­pa­şa mü­əl­lim ida­rə­də ye­rin­də­dir, on­dan so­ruş. Mən də Əli­pa­şa Ab­dul­la­ye­vin iş ye­ri­nə yol­lan­dım. Onun iş ota­ğı­na da­xil olan­dan son­ra yar­mar­ka­nın sə­nəd­lə­ri­ni tə­ləb et­dim. Mə­nə sərtlə ca­vab ver­di ki, sə­nin sə­nəd­lə­rin sax­ta­dır.

Mən də ona bil­dir­dim ki, sə­nin bu ca­va­bın mə­nim təm­sil et­di­yim qu­ru­mun rəh­bə­ri­nə ça­tar, yax­şı çıx­maz, "Ri­yad" mü­ha­fi­zə xid­mə­ti­nin ida­rə rə­i­si Eti­bar Qa­sı­mo­va zəng vu­rum, onun­la da­nış, öz fik­ri­ni bil­dir. Əli­pa­şa Ab­dul­la­yev Eti­bar Qa­sı­mov­la da­nış­dı­ğı­nı, onun da­nı­şıq qa­bi­liy­yə­ti­nin ol­ma­dı­ğı­nı bil­dir­di. O, de­di ki, nə be­lə qu­rum, nə də elə adam­lar ta­nı­maq is­tə­mir, on­lar lo­tu­luq edir­lər. La­zım ol­sa, on­lar­la lo­tu ki­mi da­nış­ma­ğa ha­zı­ram.



"Ha­di­sə vax­tı özüm­də ol­ma­mı­şam"


Əli­pa­şa Ab­dul­la­yev Eti­bar Qa­sı­mo­vun sax­ta­kar ol­du­ğu­nu, mə­nim də on­lar­la bir­lik­də sax­ta­kar­lıq­la məş­ğul ol­du­ğu­mu bil­dir­di. Son­ra isə həm mə­nim, həm də iş­lə­di­yim şir­kə­tin iş­çi­lə­ri­nin ün­va­nı­na na­la­yiq söz­lər de­yib təh­qir et­di. Mən də onun təh­qi­ra­miz söz­lə­ri­nə döz­mə­yib əsəb­iləş­dim. Əsə­bi­mi bo­ğa bil­mə­yib Qa­ra­bağ uğ­run­da ge­dən dö­yüş­lər­də düş­mən­lər­dən əl­də edib, da­im üs­tüm­də gəz­dir­di­yim bı­ça­ğı çı­xa­ra­raq Əli­pa­şa Ab­dul­la­ye­və bir də­fə zər­bə en­dir­dim. O, dö­şə­mə­yə yı­xıl­dı. Di­zi­mi onun qar­nı­nın üs­tü­nə qo­yub bı­çaq­la da­ha bir ne­çə zər­bə vur­dum. Əli­pa­şa yal­var­dı­ğı üçün onu vur­ma­ya­raq aya­ğa qalxdım. Hə­min vaxt ət­raf­da xa­tır­la­ma­dı­ğım çox­lu say­da adam­la­rın ol­du­ğu­nu gör­düm. Kö­nül­lü təs­lim ol­maq üçün Sal­yan Ra­yon Po­lis Şö­bə­si­nə get­dim. Tö­rət­miş ol­du­ğum ci­na­yəti eti­raf et­dim. Əli­pa­şa­nı vur­du­ğum bı­ça­ğı isə növ­bət­çi his­sə­yə təh­vil ver­dim. Ha­di­sə vax­tı özüm­də ol­ma­mı­şam. Hə­min vaxt ic­ra nü­ma­yən­də­li­yi­nin əmək­daş­la­rı­nın mə­ni Əli­pa­şa Ab­dul­la­yev­dən ara­la­ya­raq so­nun­cu­nu bı­çaq­la vur­ma­ğı­ma ma­ne ol­duq­la­rı­nı də­qiq xa­tır­la­mı­ram. Ha­zır­da əmə­lim­dən peş­ma­nam".



"Təq­sir­lən­di­ri­lən şəx­si 10 il­dir ta­nı­yı­ram"


Zə­rər­çək­miş şəxs qis­min­də din­di­ri­lən Əli­pa­şa Ab­dul­la­yev məh­kə­mə­yə ver­di­yi ifa­də­sin­də bı­çaq­lan­ma­sı­nın sə­bəb­lə­ri­ni açıq­la­yıb. O, bil­di­rib ki, 1997-ci il­dən döv­lət qul­lu­ğun­da ça­lı­şır, 2-ci də­rə­cə­li döv­lət qul­luq­çu­su­dur. 2006-cı il­dən Sal­yan ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı­nın şə­hər üz­rə nü­ma­yən­də­si­dir: "Təq­sir­lən­di­ri­lən şəx­si 10 il­dir ki, ta­nı­yı­ram. İs­lam Rza­yev­lə əv­vəl­lər mü­na­si­bə­ti­miz nor­mal olub. İs­lam "Ri­yad" mü­ha­fi­zə xid­mə­ti Sal­yan ra­yon şö­bə­si­nin rə­i­si iş­lə­yib. Sal­yan­da bir ne­çə ob­yek­tin mü­ha­fi­zə­si ilə məş­ğul olub. İs­lam "Azə­rit­ti­faq"ın Sal­yan ra­yon Ko­o­pe­ra­tiv cə­miy­yə­ti­nin ba­lan­sın­da olan Sə­na­ye Ti­ca­rət yar­mar­ka­sı­nı mü­ha­fi­zə edib".



"Heç bir na­ra­zı­lıq-fi­lan ol­ma­dı"


Zə­rər­çək­mi­şin söz­lə­ri­nə gö­rə, 2010-cu ilin fev­ral ayın­dan yar­mar­ka­da an­ti­sa­ni­ta­ri­ya ya­ra­nıb və o, şə­hər üz­rə nü­ma­yən­də ola­raq ora­da sə­li­qə-sah­man ya­rat­maq­la məş­ğul olub. İyu­nun 2-də sə­hər sa­at­la­rın­da "Azə­rit­ti­faq"ın Sal­yan Ra­yon Ko­o­pe­ra­tiv cə­miy­yə­ti ida­rə he­yə­ti­nin səd­ri El­şad İs­ma­yı­lov ona zəng edə­rək, yar­mar­ka­nın on­la­rın ba­lan­sı­na ke­çi­ri­lə­cə­yi ilə əla­qə­dar söh­bət edə­cə­yi­ni de­yib: "El­şad İs­ma­yı­lov nü­ma­yən­də ki­mi söh­bət­lər­də mə­nim də iş­ti­rak et­mə­yi­mi xa­hiş et­di. Mən də yar­mar­ka­ya get­dim. Bir ne­çə də­qi­qə­dən son­ra El­şad İs­ma­yı­lov da gəl­di. Hə­min vaxt İs­lam da ora­da idi. El­şad sa­tı­cı­la­ra və İs­la­ma yar­mar­ka­nın bi­zim ba­lan­sı­mı­za ke­çi­ri­lə­cə­yi­ni izah et­di. İs­lam bu ba­rə­də mü­va­fiq sə­nəd tə­ləb et­dik­də El­şad ona sə­nəd ha­zır­la­nan ki­mi ve­rə­cə­yi­ni bil­dir­di. Bir qə­dər yar­mar­ka­da söh­bət et­dik­dən son­ra heç kim tə­rə­fin­dən na­ra­zı­lıq və mü­ba­hi­sə ol­ma­dı.



"De­di ki, sən kim­sən, ica­rə haq­qı top­la­ma­ğı­mı­za ma­ne olur­san"


Xoş tə­əs­sü­rat­lar­la ora­dan ay­rıl­dıq. Hə­min gün sa­at 14:30 ra­də­lə­rin­də xid­mə­ti ota­ğım­da qə­zet oxu­yar­kən İs­lam Rza­yev ota­ğa gir­di və mə­nim­lə üz­bə­üz otur­du. De­di ki, ne­çə vax­tı yar­mar­ka­nı mü­qa­vi­lə ilə mü­ha­fi­zə edi­rəm, la­kin mü­qa­vi­lə haq­qı ve­ril­mə­di­yin­dən iş­çi­lə­ri­mə ma­aş ve­rə bil­mi­rəm. Yar­mar­ka­nı ica­rə­yə gö­tür­mü­şəm, sən yar­mar­ka­nı iş­lət­mə­yi­mə və iş­çi­lə­ri­mə pul ver­mə­yi­mə ma­ne­çi­lik tö­rə­dir­sən. Mən də İs­la­ma izah et­dim ki, mü­qa­vi­lə­ni ki­min­lə bağ­la­mış­san­sa, pu­lu da on­dan al­ma­lı­san. Ala bil­mə­sən məh­kə­mə­yə mü­ra­ci­ət edə bi­lər­sən. İs­lam isə de­di ki, sən kim­sən ki, Sal­yan şə­hə­rin­də mü­ha­fi­zə et­di­yi­miz ti­ca­rət ob­yek­ti­nə gö­rə ica­rə haq­qı top­la­ma­ğı­mı­za ma­ne olur­san.



"Sö­yüş sö­yə-sö­yə bı­çaq çı­xa­rıb mə­ni vur­du"


Bu za­man İs­lam otur­du­ğu yer­dən qə­fil qal­xa­raq mə­nə tə­rəf ya­xın­laş­dı. Sö­yüş sö­yə-sö­yə bı­ça­ğı çı­xa­ra­raq dal­ba­dal mə­ni vur­du. Özü­mü mü­da­fiə et­mək üçün sağ əlim­lə bı­ça­ğın kə­si­ci his­sə­sin­dən ya­pış­dım. İs­lam bı­ça­ğı dar­tıb əlim­dən alan­da 3 bar­ma­ğı­mı kə­sib ya­ra­la­dı. Son­ra ­mə­ni itə­lə­yə­rək dö­şə­mə­yə yıx­dı. Bı­çaq­la zər­bə­lər en­dir­mə­yə baş­la­dı. Özü­mü mü­da­fiə et­mək üçün ayaq­la­rım­la onu itə­lə­dik­də, İs­lam di­zi­mə və bu­du­ma zər­bə vur­du. Əli ilə qalstu­kum­dan ya­pı­şıb mə­ni boğ­ma­ğa baş­la­dı. Hə­min vaxt səs-kü­yə di­gər otaq­da olan iş­çi­lər - Svet­la­na Ma­na­fo­va, Anar Cəb­ra­yı­lov, Əf­la­tun Mus­ta­fa­yev və El­vin Məm­mə­dov İs­la­mı zor­la mən­dən ara­la­dı­lar. İs­lam bı­çaq əlin­də otaq­dan çı­xıb get­di. Mən dər­hal otaq­da olan xid­mə­ti te­le­fo­num­la ha­di­sə ba­rə­də Sal­yan ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı­nın kö­mək­çi­si Eti­bar Əmi­ro­va mə­lu­mat ver­dim və hə­kim ça­ğır­ma­sı­nı is­tə­dim".



"Bı­çaq­lan­ma­ğı­mın sə­bə­bi­ni bil­mi­rəm"


İs­la­mın mə­nə ye­tir­di­yi xə­sa­rət­lər­dən çox­lu qan itir­miş­dim. Bir ne­çə də­qi­qə­dən son­ra hə­kim­lər tə­ci­li tib­bi yar­dım ma­şı­nın­da gə­lə­rək mə­ni Sal­yan ra­yon Mər­kə­zi Xəs­tə­xa­na­sı­na apar­dı­lar. İs­lam­la söh­bət edər­kən onun iş­lə­di­yi qu­ru­mun rəh­bər­li­yi­nin ün­va­nı­na na­la­yiq söz­lər de­mə­mi­şəm, heç ki­mi təh­qir et­mə­mi­şəm. O, heç bir sə­bəb ol­ma­dan mə­ni vu­rub. İs­lam tə­rə­fin­dən bı­çaq­lan­ma­ğı­mın sə­bə­bi­ni bil­mi­rəm. Təq­sir­lən­di­ri­lən şəxsdən şi­kay­ət­çi­yəm. Mü­a­li­cə xər­ci ilə bağ­lı vu­rul­muş mad­di zi­ya­nın təq­sir­lən­di­ri­lən şəxsdən alı­nıb mə­nə ödə­nil­mə­si­ni tə­ləb edi­rəm və onun qa­nun­la nə­zər­də tu­tul­muş qay­da­da cə­za­lan­dı­rıl­ma­sı­nı xa­hiş edi­rəm"



QEYD

Məh­kə­mə pro­se­si Ba­kı Ağır Cə­za məh­kə­mə­sin­də ha­kim Hə­sən Əli­ye­vin sədrli­yi ilə ke­çi­ri­lib. Məh­kə­mə­nin hök­mü ilə İs­lam Rza­yev cə­za­sı­nı ümu­mi re­jim­li cə­za­çək­mə mü­əs­si­sə­sin­də çək­mək­lə 8 il müd­də­ti­nə azad­lıq­dan məh­rum edi­lib.


İs­lam Rza­ye­vin cə­za­sı­nın ağır­laş­dı­rıl­ma­sı ilə bağ­lı Baş Pro­ku­ror­lu­ğun apelya­si­ya pro­tes­ti tə­min edil­mə­yib. Bu ba­rə­də qə­rar mar­tın 1-də Şir­van Apelya­si­ya Məh­kə­mə­sin­də ve­ri­lib. Məh­kə­mə təq­sir­lən­di­ri­lən şəx­sin cə­za­sı­nı 1 il azal­da­raq onun ba­rə­sin­də 7 il azad­lıq­dan məh­ru­met­mə cə­za­sı tə­yin edib. Bun­dan əla­və məh­kə­mə zə­rər­çək­mi­şin mül­ki id­di­a­sı ilə bağ­lı qə­rar da çı­xa­rıb. Qə­ra­ra gö­rə, İs­lam Rza­yev­dən 5211 ma­nat 13 qə­pik cə­ri­mə kə­si­lib. Hə­min məb­lə­ğin zə­rər­çək­mi­şə ödə­nil­mə­si ilə bağ­lı qə­rar çı­xa­rı­lıb.


Baş pro­ku­ror­luq şi­ka­yət ve­rə­rək İs­lam Rza­ye­vin cə­za­sı­nın 12 ilə qə­dər ar­tı­rıl­ma­sı­nı tə­ləb et­miş­di. İ.Rza­yev və onun və­ki­li isə cə­za­nın sərtli­yin­dən şi­ka­yət ver­miş­di. Zə­rər­çək­miş isə təq­sir­lən­di­ri­lən şəx­sə pul id­di­a­sı qal­dır­mış­dı.



Son söz əvəzi:

Yarmarka alış-veriş mərkəzidir. Ona görə insan ömrü heç cür alınıb-satıla bilməz...

İnarə Rafiqqızı

O.M.