Lənkəranda 64 yaşlı qadın kəllə-beyin travmasından vəfat etdi

Lənkəranda 64 yaşlı qadın kəllə-beyin travmasından vəfat etdi

3 May 2012 10:52
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən gecə saatlarında Lənkəran rayon Liman şəhər sakini, 1948-ci il təvəllüdlü Laləzar Şükür qızı Hüseynova baş nahiyəsinin qapalı küt travması diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasına gətirilib. Həkimlərin səylərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb. Qadının baş nahiyəsindən qapalı küt travmanı hansı şəraitdə aldığı hələlik məlum deyil. Faktla bağlı Lənkəran Rayon Polis İdarəsində araşdırma aparılır.

O.M.