Sürücünü qarət edən Sumqayıt sakini tutuldu

Sürücünü qarət edən Sumqayıt sakini tutuldu

3 May 2012 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 3-də saat 02:15 radələrində Səbail rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Nazim Camalovun idarə etdiyi "VAZ-21015" markalı avtomaşına sərnişin qismində oturub Bayıl qəsəbəsinə gedəcəyini bildirmişdir. Bayıl qəsəbəsi ərazisində həmin şəxs N.Camalovu bıçaqla hədələyib, ondan 15 manat pul alıb avtomaşından düşüb qaçarkən Çevik Polis Alayı əməkdaşları tərəfindən tutulmuşdur. Onun Sumqayıt şəhər sakini Xanlar Həsənov olması müəyyən edilmişdir.

O.M.