Balakən RPŞ Dövlət Yol Polisi Bölməsinin rəisi özünü güllələdi

Balakən RPŞ Dövlət Yol Polisi Bölməsinin rəisi özünü güllələdi

3 May 2012 10:04
Bəyəndim (0) Bəyənmədim (0)

Balakən Rayon Prokurorluğundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Asif Qasımov tabel silahı ilə başından atəş açaraq özünü öldürüb. Mayorun özünə qəsd etməsinin səbəbləri barədə dəqiq məlumat yoxdur. Onun son vaxtlar sağalmaz xəstəliyə tutulduğu bildirilir. İntiharın ilkin səbəbi kimi mərhumun xəstəliyi göstərilir. Faktla bağlı Balakən Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.