Lənkəranda yol-nəqliyyat hadisəsi baş verdi

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verdi

2 May 2012 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) verdiyi məlumata görə, 1 may gecəsi saat 23:00 radələrində Ələt-Astara magistralının 206-cı kilometrliyində - Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, Lənkəran rayonunun Gərmətük qəsəbə sakini, 31 yaşlı Faiq Nurullayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil Lənkəran şəhər sakini, 46 yaşlı Bilal Əkbərovun idarə etdyi "Chevrolet" markalı avtomobillə toqquşub. Zərbənin təsirindən "Chevrolet" markalı avtomobil yolun kənarındakı kanala düşüb. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və "Chevrolet"in sərnişini, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbə sakini, 46 yaşlı Yaşar Nəsirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Sürücülər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Xəsarət alan sərnişinin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

O.M.