Azərbaycanda 01 mayın kriminal xronikası

Azərbaycanda 01 mayın kriminal xronikası

2 May 2012 11:51
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 59 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınmış, onların da 26-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 6 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 19 nəfər tutulmuşdur.

Avtomaşın qaçırmış Bakı şəhər sakini Amin Ramazanov tutulmuşdur

01.05.2012

Mayın 1-nə keçən gecə Xətai rayonu ərazisindən Bakı şəhər sakini Səfər Əlizadəyə məxsus "VAZ-2107" markalı avtomaşın qaçırılmışdır. Avtomaşını qaçırmış Bakı şəhər sakini Amin Ramazanov Sabunçu Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

01.05.2012

Mayın 1-də saat 18.10 radələrində Yasamal rayonu ərazisində Bakı şəhər sakini Əfqan Azayev "Otoyol" markalı avtobusu idarə edərkən İbrahimxəlil Abbasovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ.Abbasov orada ölmüşdür.

Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

01.05.2012

Mayın 1-də saat 11.00 radələrində Bakı-Mərdəkan yolunun Xəzər rayonunun Binə qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rəsul Xələfov "Hyundai-Accent" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölmüşdür.

Ağcabədi şəhərində yaşayan 2 yaşlı Elton Məmmədovun meyiti su kanalından tapılmışdır

01.05.2012

Mayın 1-də Ağcabədi şəhərində yaşayan 2 yaşlı Elton Məmmədovun şəhər ərazisindəki su kanalında üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılmışdır.

İçərisində 300000 manat pul olan seyfi oğurlamış Sumqayıt şəhər sakini Qiyas Süleymanov tutulmuşdur

01.05.2012

Baş Cinayət-Axtarış İdarəsi və Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də Tofiq Süleymanova məxsus "Su-İstilik Quraşdırma" ofisindən içərisində 300.000 manat pul olan seyfi oğurlamış Sumqayıt şəhər sakini Qiyas Süleymanov tutulmuşdur.

Avtomaşın qaçırmış Göyçay rayon sakini Qismət İbadov saxlanılmışdır

01.05.2012

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 1-də Biləcəri Dəmir Yolu Stansiyası ərazisindən Laçın rayon sakini Zöhrab İsmayılova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Qismət İbadov saxlanılmışdır.

Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində yol-nəqliyyat hadisəsi

01.05.2012

Mayın 1-də saat 19.00 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Azər Əliyev "VAZ-21154" markalı avtomaşını idarə edərkən onu dirəyə vurmuşdur. Nəticədə, xəsarət almış sürücü xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Saray qəsəbə sakini Xanım Məhəmmədova dərmandan zəhərlənmişdir

01.05.2012

Mayın 1-də Abşeron rayonunun Saray qəsəbə sakini Xanım Məhəmmədova evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

Yanıq xəsarəti almış Ramana qəsəbə sakini Rəhilə Quliyeva ölmüşdür

01.05.2012

Aprelin 25-də Sabunçu rayonunun Ramana qəsəbəsində qəsəbə sakini Rəhilə Quliyevanın evində təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmiş ev sahibəsi mayın 1-də orada ölmüşdür.

O.M.