40 yaşlı Lənkəran sakini özünü yandırmaqla intihara cəhd etdi

40 yaşlı Lənkəran sakini özünü yandırmaqla intihara cəhd etdi

2 May 2012 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəran Rayon Prokurorluğundan verilən məlumata görə, ötən gün saat 23.00 radələrində Lənkəran şəhəri Axundzadə küçəsi, 42 ünvanında intihara cəhd hadisəsi qeydə alınıb. Həmin ünvanda yaşayan, 1972-ci il təvəllüdlü Zülfüqar Xeyrulla oğlu Kazımov üstünə neft tökərək, özünü yandırmaqla intihar etmək istəyib. Hadisədən xəbər tutan yaxınları alovu söndürərək, təcili onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırıblar.
MRX-nin qəbul şöbəsindən verilən məlumata görə, Zülfüqar Kazımov xəstəxanaya II və III dərəcəli - bütün bədən səthinin termiki alov yanığı diaqnozu ilə qəbul olunub. Onun üzərində lazımi tibbi tədbirlər həyata keçirilib, amma vəziyyəti ağırdır.
İlkin versiya kimi Z.Kazımovun intihara cəhd etməsinə anası ilə şəxsi mübahisənin səbəb olduğu bildirilir. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

O.M.