Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yanğın baş verdi

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yanğın baş verdi

1 May 2012 13:29
851
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 4 saylı istehsalat sexində 43 saylı qurğunun koks istehsalı üzrə "R-301" reaktor bölməsinin (4 kameradan ibarət) 2-ci mərtəbəsində 3-cü kameranın alt hissəsində qudron 30 kv.m sahədə və ona bitişik ümumi sahəsi 1600 kv.m olan koks anbarında 200 kv.m sahədə koks yanıb. Qurğu və anbarın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. İkin ehtimala görə, yanğına səbəb istehsalat sexinin elektrik sistemində qısaqapanma olub. Faktla bağlı araşdırma aparılır.

O.M.