Azərbaycanda 30 aprelin kriminal xronikası

Azərbaycanda 30 aprelin kriminal xronikası

1 May 2012 11:56
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 47 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 47 cinayət faktı qeydə alınmış, onların da 32-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.

Qəbələ rayonunda Şəki şəhər sakini Ə.Bağırova bıçaqla xəsarət yetirmiş E.Nazimli tutulmuşdur

30.04.2012

Aprelin 28-də Qəbələ rayonunun Nohurqışlaq kəndində, naməlum şəxs Şəki şəhər sakini Əli Bağırova bıçaqla xəsarət yetirmişdir. Qəbələ RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Nazimli tutulmuşdur.

Münaqişə zəminində İmişli rayon sakini S.Əhmədovun qulaqlarının bir hissəsini kəsmiş həmyerlisi N.Rüstəmov tutulmuşdur

30.04.2012

Aprelin 30-da İmişli rayonunun Hacalmuradlı kəndi ərazisində kənd sakini Nizami Rüstəmov münaqişə zəminində həmyerlisi Seyfəddin Əhmədovun qulaqlarının bir hissəsini bıçaqla kəsmişdir. N.Rüstəmov İmişli RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi

30.04.2012

Aprelin 30-da saat 17.10 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Abbas Rəsulov "VAZ-21011" markalı avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sərnişin Oruc Muxtarov orada ölmüşdür.

Xətai rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla piyada vurulmuşdur

30.04.2012

Aprelin 30-da saat 23.30 radələrində Xətai rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Elvin Alıyev vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Aprelin 18-də YNH nəticəsində ölənin şəxsiyyəti müəyyən edilmişdir

30.04.2012

Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi əməkdaşları tərəfindən aprelin 18-də yol-nəqliyyat hadisəsi nəticəsində ölənin şəxsiyyəti müəyyən edilmişdir. O, Ordubad rayon sakini Xəyal Əliyev olmuşdur.

Masallı rayon sakini M.Məcidova məxsus həyətyanı sahədə torpağa basdırılmış narkotik vasitələr götürülmüşdür

30.04.2012

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini Mircavad Məcidova məxsus həyətyanı sahədə torpağa basdırılmış 8 kiloqram 39,3 qram tiryək və 501,8 qram heroin aşkar edilərək götürülmüşdür. M.Məcidovun narkotik vasitəni Masallı rayon sakini Aqil Quliyev alması müəyyən edilmişdir.

Bakı şəhər sakini E.Əliyevdən narkotik vasitələr götürülmüşdür

30.04.2012

Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Eyyub Əliyevdən 502,639 qram heroin və 4 kiloqram 559,8 qram tiryək götürülmüşdür.

Aprelin 22-də İ.Əliyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Şəki şəhər sakini E.Şirinov tutulmuşdur

30.04.2012

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də İntiqam Əliyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Şəki şəhər sakini Elman Şirinov tutulmuşdur.

Aprelin 27-də M.Zərbalıbəyliyə məxsus avtomaşını dələduzluq yolu ilə əlindən almış S.Rzayev saxlanılmışdır

30.04.2012

Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 27-də M.Zərbalıbəyliyə məxsus "Hyundai-Sonata" markalı avtomaşını dələduzluq yolu ilə əlindən almış Seymur Rzayev saxlanılmışdır.

Tərtər rayon sakini Ə.Səfərovun evindən qızıl əşyaları və pul oğurlamış P.Quliyev tutulmuşdur

30.04.2012

Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da Əvəz Səfərovun evindən 2400 manat dəyərində qızıl əşyaları və 2880 manat pul oğurlamış Düyərli kənd sakini Peyman Quliyev tutulmuşdur.

Aprelin 29-da R.Babayevə məxsus motosikleti qaçırmış Masallı rayon sakini C.Səmədov tutulmuşdur

30.04.2012

Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da Rəşad Babayevə məxsus "M" markalı motosikleti qaçırmış Köçəkli kənd sakini Cavid Səmədov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun həmin gün İlham Məmmədova məxsus 2 baş qoyunu oğurlaması da müəyyən edilmişdir.

Masallı rayon sakini C.Şükürlüyə qarşı zor tətbiq edərək pulunu almış F.Kərimov tutulmuşdur

30.04.2012

Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 28-də Cavidan Şükürlüyə qarşı zor tətbiq edərək, ondan 650 manat pul almış Qasımlı kənd sakini Fəzail Kərimov tutulmuşdur.

Aprelin 29-da A.Tağıyevə məxsus avtomaşından pul oğurlamış Gədəbəy rayon sakini S.Abdullayev tutulmuşdur

30.04.2012

Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da Asif Tağıyevə məxsus "Volkswagen-Touareg" markalı avtomaşından 800 manat pul oğurlamış Arıxdam kənd sakini Samir Abdullayev tutulmuşdur.

Göygöl rayon sakini İ.Nəbiyev ehtiyatsızlıqdan yıxılması nəticəsində ölmüşdür

30.04.2012

Aprelin 30-da Göygöl rayonunun Şəhriyar kənd sakini İntizam Nəbiyev evində təmir işləri apararkən ehtiyatsızlıqdan yıxılaraq ölmüşdür.

Daşkəsən rayon sakini T.Eyyubov Gəncə çayında çimərkən suda boğulmuşdur

30.04.2012

Aprelin 30-da Gəncə çayının Göygöl rayonunun ərazisindən keçən hissəsində, Daşkəsən rayon sakini Toğrul Eyyubov çimərkən suda boğulmuşdur. T.Eyyubovun sudan çıxarılması üçün tədbirlər görülür.

Yevlax rayonu ərazisindəki su anbarında Ş.Həmidov suda boğulmuşdur

30.04.2012

Aprelin 30-da Yevlax rayonu ərazisindəki su anbarında, Mingəçevir şəhər sakini Şəmsi Həmidov çimərkən suda boğulmuşdur.

Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

30.04.2012

Aprelin 30-da saat 03.30 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakini Musa Musayev "Opel Astra" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

30.04.2012

Aprelin 30-da Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Novruz Əlisa "VAZ-21015" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

O.M.