Xaçmazda avtomobil 10 yaşlı qızı vurdu

Xaçmazda avtomobil 10 yaşlı qızı vurdu

1 May 2012 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmaz polis İdarəsindən verilən məlumata görə, rayon ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xaçmaz rayonu istiqamətində hərəkət edən 25 yaşlı Şabran rayon sakini, Zamanov Vüsal Adığözəl oğlu idarə etdiyi 10 NA 682 dövlət nömrə nişanlı "Kia Bongo" markalı avtomaşınla 10 yaşlı Xaçmaz rayonun Arzu kənd sakini Məhərrəmova Həlimə Salman qızını vurub. Xəsarət alan şəxs Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 10 yaşlı H.Məhərrəmovanın vəziyyəti orta ağır kimi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

O.M.