Azərbaycanda 28-29 aprelin kriminal xronikası

Azərbaycanda 28-29 aprelin kriminal xronikası

30 Aprel 2012 13:02
Bəyəndim (0) Bəyənmədim (0)
Şənbə və bazar günləri ərzində 72 cinayət faktı qeydə alınmışdır

28.04.2012-ci il – şənbə günü ərzində 31 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 31 cinayət faktı qeydə alınmış, onların da 17-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.

2 nəfəri qətlə yetirməkdə şübhəli bilinən Lənkəran rayon sakini İsmayıl Əsgərov tutulmuşdur

28.04.2012

Aprelin 28-də Cəlilabad rayonunun Ocaqlı kəndi ərazisində Lənkəran rayon sakini İsmayıl Əsgərov münaqişə zəminində kənd sakinləri Xurşud Həsənova və oğlanları Afətə və Azərə bıçaqla xəsarət yetirmişdir. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş X.Həsənov və Afət orada ölmüş, Azərə isə tibbi yardım göstərildikdən sonra buraxılmışdır. İ.Əsgərov Cəlilabad RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Şirvan şəhər sakini, ruhi xəstə Rafiq Quluzadə özünü Kür çayına atmışdır

28.04.2012

Aprelin 28-də Şirvan şəhər sakini, ruhi xəstə Rafiq Quluzadə özünü Kür çayına atmışdır. R.Quliyevin meyiti sudan çıxarılmışdır.

Qusar rayon sakini Əmrah Mövludovdan 1 ədəd "Makarov" tipli tapança, 3 ədəd patron və 1 ədəd patron darağı götürülmüşdür

28.04.2012

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Əmrah Mövludovdan 1 ədəd "Makarov" tipli tapança, 3 ədəd patron və 1 ədəd patron darağı götürülmüşdür.

Oğurluq etmiş Yevlax şəhər sakinləri Ayaz Abdullayev və Tahir Abdullayev tutulmuşlar

28.04.2012

Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 27-də Sevda Abdullayevanın evindən oğurluq etmiş Yevlax şəhər sakinləri Ayaz Abdullayev və Tahir Abdullayev tutulmuşlar.

Oğurluq etmiş Yevlax rayon sakini Məhəmməd Əhmədov tutulmuşdur

28.04.2012

Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 27-də Asif Məmmədovun evindən oğurluq etmiş rayon sakini Məhəmməd Əhmədov tutulmuşdur.

Xaçmaz rayon sakini Ənvər Məlikov avtomat silahı təhvil vermişdir

28.04.2012

Xaçmaz rayonunun Çilğır kənd sakini Ənvər Məlikov 1 ədəd "AK" markalı avtomatı könüllü olaraq RPŞ-yə təhvil vermişdir.

Şəki şəhər ərazisindən odlu silah və vasitələri tapılmışdır

28.04.2012

Şəki ŞRPŞ əməkdaşları tərəfindən şəhər ərazisindən 1 ədəd "Marqolin" tapançası, 2 ədəd qumbara, 933 ədəd müxtəlif çaplı patron, 1 ədəd "Karabin", habelə 2 ədəd ov tüfəngləri tapılmışdır.

Yanıq xəsarət almış İsmayıllı şəhər sakini Ramiz Osmanov ölmüşdür

28.04.2012

Aprelin 27-də İsmayıllı şəhər sakini Ramiz Osmanov evindən yanıq xəsarəti ilə xəstəxanaya gətirilmiş və aprelin 28-də orada ölmüşdür.

Gəncə şəhəri ərazisindəki avtomobil sexində Talıb Muxtarov ehtiyatsızlığından döş nahiyəsinə xəsarət yetirmişdir

28.04.2012

Aprelin 28-də Gəncə şəhəri ərazisindəki avtomobil sexində, orada qaynaqçı işləyən Talıb Muxtarovun ehtiyatsızlığından işlək vəziyyətdə olan laqunda əlindən çıxaraq döş nahiyəsinə xəsarət yetirmişdir. T.Muxtarov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Göyçay rayon Bığır kənd sakini Məhəmməd Adıgözəlov ölmüşdür

28.04.2012

Aprelin 26-da Göyçay rayonunun Bığır kəndi ərazisində kənd sakini Məhəmməd Adıgözəlov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü aprelin 28-də orada ölmüşdür.

29.04.2012-ci il - bazar günü ərzində 41 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 41 cinayət faktı qeydə alınmış, onların da 24-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 11 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 17 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 12 nəfər tutulmuşdur.

Qohumu Elşad Əliyevə bıçaqla xəsarət yetirmiş Nərimanov rayonunda yaşayan Xanlar Qurbanov tutulmuşdur

29.04.2012

Aprelin 29-da Nərimanov rayonunda yaşayanlar Xanlar Qurbanov münaqişə zəminində qohumu Elşad Əliyevə bıçaqla xəsarət yetirmişdir. X.Qurbanov Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən tutulmuşdur.

Beyləqan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

29.04.2012

Aprelin 29-da saat 20.30 radələrində Beyləqan şəhəri ərazisində rayon sakini Bəxtiyar Rzayev "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış sürücü və sərnişinləri Elsevər Ağayev, Anar Rzayev və Emin Abdullayev xəstəxanaya yerləşdirilmişlər. E.Ağayev orada ölmüş, digərlərinin vəziyyətləri isə ağırdır.

Lənkəran rayonu ərazisində yol-nəqliyyat hadisəsi

29.04.2012

Aprelin 29-da saat 21.00 radələrində Lənkəran rayonu ərazisində rayon sakini Əlizadə Nəzərov "QAZ-66" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişin Rəşid Rüstəmzalov hadisə yerində ölmüş, xəsarət almış sürücü və digər sərnişinləri Rahim Mahmudov və Anar Bayramov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi

29.04.2012

Aprelin 29-da saat 06.40 radələrində İmişli rayonu ərazisində Cəbrayıl rayon sakini Ceyhun Ələkbərov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə C.Ələkbərovun sərnişinlərindən, əmisi Nüsrət Ələkbərov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini atası İlyas isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Kamil Məmmədova qarşı zor tətbiq edərək pul almış Şamaxı rayon sakini Anar Qədirov tutulmuşdur

29.04.2012

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də Kamil Məmmədova qarşı zor tətbiq edərək 35 manat pulunu ondan almış Şamaxı rayon sakini Anar Qədirov tutulmuşdur.

Oğurluq etdiklərinə görə tutulmuş Emil Dadaşovun və Davud Səmədovun digər cinayət əməlləri müəyyən edilmişdir

29.04.2012

Aprelin 22-də oğurluq etdiklərinə görə tutulmuş Emil Dadaşovun və Davud Səmədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Zirəddin Ələşova məxsus "VAZ-2106", Mustafa Aslanova məxsus "VAZ-21063", Kərim Kərimova məxsus "VAZ-21074", Rasim Əliyevə məxsus "VAZ-2106", Qoşqar İbişova məxsus "VAZ-2106" markalı avtomaşınları qaçırmaları və bundan əlavə 13 ədəd müxtəlif markalı avtomobillərdən oğurluq etmələri də müəyyən edilmişdir.

Emin Süleymanova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış şəhər sakini Rəxşən Almədətov tutulmuşdur

29.04.2012

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 28-də Emin Süleymanova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış şəhər sakini Rəxşən Almədətov tutulmuşdur.

Füzuli Sultanova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Gəncə şəhər sakini Bəhram Vəliyev tutulmuşdur

29.04.2012

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 27-də Füzuli Sultanova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Gəncə şəhər sakini Bəhram Vəliyev tutulmuşdur.

Oğurluq etmiş Xaçmaz rayon sakini Ramin Quçadze tutulmuşdur

29.04.2012

Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-na keçən gecə Xaçmaz şəhərində yaşayan Üzeyir Mustafayevin evindən 15 manat pul və 1 ədəd qızıl üzük oğurlanmış rayon sakini Ramin Quçadze tutulmuşdur.

7 yaşlı Xanlar Abduləzimov uşaq bağçasında aldığı xəsarətdən ölmüşdür

29.04.2012

Aprelin 29-da Xətai rayonu ərazisindəki 250 saylı Uşaq Bağçasında 7 yaşlı Xanlar Abduləzimovun üzərinə divara söykədilmiş taxta qapı düşmüşdür. Nəticədə uşaq aldığı xəsarətdən ölmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

29.04.2012

Aprelin 29-da Abşeron rayon sakini Nənəxanım Qasımova və Gəncə şəhər sakini Günel Cəfərova öz evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Salyan rayonunun Seyidlər kənd sakini Günel Əsədova elektrik cərəyanı vurmuşdur

29.04.2012

Aprelin 29-da Salyan rayonunun Seyidlər kənd sakini 13 yaşlı Günel Əsədova öz evlərində elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Arvadı Vəfanı bıçaqla qətlə yetirmiş Masazır qəsəbə sakini Adıgözəl İsmayılov könüllü olaraq təslim olmuşdur

29.04.2012

Aprelin 29-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Masazır qəsəbə sakini Adıgözəl İsmayılov ailə-məişət münaqişəsi zəminində arvadı Vəfanı bıçaqla qətlə yetirmişdir. A.İsmayılov könüllü olaraq Abşeron RPŞ-yə gəlmişdir.

O.M.