Lənkəranda beş nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi

Lənkəranda beş nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi

30 Aprel 2012 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 8:30 radələrində Ələt-Astara magistralının 203-cü kilometrliyində - Lənkəran rayonunun Şilavar kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Lənkəranın Girdəni kənd sakini, 1981-ci il təvəllüdlü Rövşən İsmayılovun idarə etdiyi "BMW" markalı, 15 BX 001 dövlət nömrə nişanlı avtomobil Lerik rayon sakini, 1973-cü il təvəllüdlü Asif Ağayevin idarə etdiyi "Niva" markalı, 35 BG 443 dövlət nömrə nişanlı avtomaşınla toqquşub. Güclü zərbənin təsirindən hər iki avtomobil zədələnib, həmçinin sürücülər R. İsmayılov və A. Ağayev, eləcə də sərnişinlər – 50 yaşlı Tamara Hüseynova, 40 yaşlı Səbiyyə Sabıyeva və 32 yaşlı Kamil Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Hadisə şahidlərinin sözlərinə görə, qəza "Niva" markalı avtomaşının "BMW"-nin yoluna çıxması səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.

O.M.