Azərbaycanda zorakılığa məruz qalan uşaqların 30%-i cinsi istismar olunub

Azərbaycanda zorakılığa məruz qalan uşaqların 30%-i cinsi istismar olunub

30 Aprel 2012 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisdə keçirilən "Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması" adlı beynəlxalq konfransda "Ümidli gələcək" Gənclər Birliyinin sədri Nabil Seyidov çıxış edib. O bildirib ki, Azərbaycanda 5 ay əvvəl yaradılan Zorakılığa məruz qalan uşaqların Reabilitasiyası Mərkəzinə 70-ə yaxın uşaq cəlb olunub. Onun sözlərinə görə, cəlb olunan uşaqların 30 faizi cinsi zorakılığa məruz qalanlardır. Bundan başqa, onların arasında fiziki və psixoloji zorakılığa mərzi qalanlar da var. N.Seyidov, internetin uşaqlar üçün doğurduğu fəsadlardan danışarkən qeyd edib ki, bəzən böyüklər özlərini uşaq kimi təqdim etməklə uşaqlarla ünsiyyət qurur və nəticədə ortaya acı mənzərələr çıxır.

Qeyd edək ki, tədbirdə MM rəhbərliyində təmsil olunan şəxslər, beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirlər.

O.M.