Bakıda vərəm dispanserində intihar hadisəsi baş verib

Bakıda vərəm dispanserində intihar hadisəsi baş verib

30 Aprel 2012 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, Zığ qəsəbəsində yerləşən 6 saylı Vərəm Dispanserində intihar hadisəsi qeydə alınıb. Orada gözətçi işləyən 54 yaşlı İsmayıl Həsən oğlu Abbasov dispanserin damında özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.