Bakıda 36 yaşlı kişi həyat yoldaşını bıçaqlayıb

Bakıda 36 yaşlı kişi həyat yoldaşını bıçaqlayıb

30 Aprel 2012 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Suraxanı rayon Prokurorluğundan verilən məlumata görə, aprelin 28-dən 29-na keçən gecə Qaraçuxur qəsəbəsində qətl hadisəsi qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 36 yaşlı Adıgözəl İsmayılov həyat yoldaşı Vəfa Hüseynovanı bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılan V. Hüseynova aldığı xəsarətdən orada dünyasını dəyişib. Hadisəni törədən A. İsmayılov tutulub. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır. Bakıda 36 yaşlı kişi həyat yoldaşını bıçaqlayıb

O.M