Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verdi

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verdi

27 Aprel 2012 15:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Bakı-Quba yolunun 106-cı kilometrliyində 2 avtomobilin idarəetməni itirərək aşması nəticəsində 1 nəfər yaralanıb. Hadisə Bakı sakini, 32 yaşlı Fərəcov Ramin Zakir oğlunun sükan arxasında yuxulaması nəticəsində baş verib. Nəticədə onun idarə etdiyi 10 US 530 dövlət nömrə nişanlı BMW markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı dərəyə düşüb. R.Fərəcov ətrafdakı insanların köməyi ilə maşından çıxarılaraq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Siyəzən Regional Mərkəzinə aparılıb. O, hazırda reanimasiya şöbəsində müalicə alır.

Həmin yolda digər yol-nəqliyyat hadisəsi də baş verib. Bakı istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək yolun kənarındakı xəndəyə aşıb. Nəticədə nəqliyyat vasitəsinin yük yerində olan qum dağılıb, avtomobilin özü isə yarasız vəziyyətə düşüb. Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

O.M.