Bakı-Quba avtomobil yolunda baş verən 2 yol-nəqliyyat hadisəsində 1 nəfər öldü, 2 nəfər xəsarət aldı

Bakı-Quba avtomobil yolunda baş verən 2 yol-nəqliyyat hadisəsində 1 nəfər öldü, 2 nəfər xəsarət aldı

27 Aprel 2012 11:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda baş verən 2 yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Nəqliyyat hadisələrindən biri aprelin 26-da saat 5 radələrində yolun 108-ci km-də Siyəzən rayonunun Ağbaş kəndi ərazisində baş verib. Qobustan rayonunun, Təklə Mirzəbala kənd sakini, 42 yaşlı Arif Soltanova məxsus "Sahcman" markalı, 90 JP 886 dövlət nömrə nişanlı avtomobil Quba istiqamətində yolun sağ kənarında hərəkətsiz vəziyyətdə olan Balakən rayonu Hənifə kənd sakini, 49 yaşlı Rövşən Dadaşova məxsus "Mercedes-Benz" markalı, HO 21468 dövlət nömrə nişanlı yük avtomobilini vurub. Nəticədə yük maşınında olan sərnişin – Şabran rayonun Ağbaş kənd sakini, 23 yaşlı Elşad Zeynalov hadisə yerində dünyasını dəyişib. Onun avtomobildən çıxarılması üçün əraziyə FHN-nin xilasediciləri cəlb olunub. Avtomobilin sürücüsü Rövşən Dadaşov isə yaralanıb.

Digər yol nəqliyyat hadisəsi adıçəkilən yolun 95-ci km-də, Siyəzən rayonu ərazisində baş verib. RF-nın Dağıstan Respublikasının Mahaçqala şəhərində yaşayan 42 yaşlı Maqamed Maqamedov idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil ilə Quba istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun təmirli hissəsindəki xəndəyə düşüb. Nəticədə sərnişin, Mahaçqala şəhər sakini, 51 yaşlı Xamir Maqamedova müxtəlif dərəcəli xəsarət alıb. Baş verən hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

O.M.