Bakıda bıçaqlanma hadisəsi baş verib

Bakıda bıçaqlanma hadisəsi baş verib

4 İyul 2020 09:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 30 yaşlı kişi küçədə bıçaqlanıb.

Sabunçu rayonu, Zabrat qəsəbəsində naməlum şəxs qəsəbə sakini, 1990-cı il təvəllüdlü N.Ağayevi bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Sabunçu rayon Polis İdarəsinin 15-ci il Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Vəfadar Rəsulov tutulub.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Oxuməni.az