Bakıda ölümlə nəticələnən yol qəzası baş verdi

Bakıda ölümlə nəticələnən yol qəzası baş verdi

26 Aprel 2012 12:43
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin məlumatına görə, aprelin 26-da saat 01:30 radələrində Qaradağ rayonu ərazisində Masallı rayon sakini Əfqan Əliyev "VAZ-21015" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Lənkəran rayon sakini Tarqulu Tahirovun idarə etdiyi "KamAZ" markalı avtomaşına vurub. Nəticədə, "VAZ-21015" markalı avtomaşında yanğın baş verib və Ə.Əliyev hadisə yerində ölüb.

O.M.