Bakıda cibgir qadın yaxalandı

Bakıda cibgir qadın yaxalandı

26 Aprel 2012 11:22
Bəyəndim (1) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Aysel Məmmədova aprelin 25-də tutulub. Müəyyən edilib ki, A.Məmmədova martın 26-da Təbriz küçəsində yerləşən "Metropark" ticarət mərkəzində Cəmilə Ağamalıyevanın çantasından 2030 manat, aprelin 2-də A.Nemətulla küçəsində yerləşən mağazada Leyla Nurəddinovanın əl çantasından içərisində 240 manat və sənədlər olan pul kisəsini, aprelin 5-də isə Təbriz küçəsində yerləşən ticarət mərkəzində Ülviyyə Kərimovanın əl çantasından 900 manat, 3 ədəd brilyant daş, şəxsi sənədlər və bankomat kartı oğurlayıb.

O.M.