Dünən baş verən 13 avtomobil qəzasında 3 nəfər öldü, 16 nəfər yaralandı

Dünən baş verən 13 avtomobil qəzasında 3 nəfər öldü, 16 nəfər yaralandı

26 Aprel 2012 10:49
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, dünən Azərbaycanda 13 yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb. Ölümlə nəticələnən yol qəzalarından biri Siyəzən rayonunda, ikisi isə Bakı şəhərində qeydə alınıb. Bakının Qaradağ rayonu ərazisində baş verən yol qəzasına "VAZ-21015" markalı avtomobil "KaMaz" markalı yük maşını ilə toqquşub. Nəticədə minik maşınında yanğın baş verib və sürücü yanaraq ölüb.

O.M.