16 il əvvəl Rusiyada cinayət törədərək istintaqdan yayınan Qax rayon sakini tutuldu

16 il əvvəl Rusiyada cinayət törədərək istintaqdan yayınan Qax rayon sakini tutuldu

25 Aprel 2012 12:04
Bəyəndim (0) Bəyənmədim (0)

Qax Rayon Polis Şöbəsindən verilən məlumata görə, Azərbaycan-Rusiya sərhədinin Qax rayonu ərazisində aparılan "Sərhəd-sipər" əməliyyatı zamanı 1996-cı ildə Rusiya ərazisində cinayət törədib istintaqdan yayınan, barəsində 1996-cı ildən Rusiya Federasiyası CM-in müvafiq maddəsi ilə axtarış elan edilən, 1971-ci il təvəllüdlü, Qax rayonu Güllük kənd sakini Şərifov Sərdar Camalisə oğlunun yeri müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, aprelin 23-dən Azərbaycanın şimal-qərb bölgəsində "Sərhəd-sipər" şərti adı altında əməliyyatlara başlanılıb, əməliyyatlar aprelin 29-dək davam edəcək.
Əməliyyatın keçirilməsində məqsəd qeydiyyatsız yaşayan şəxslərin müəyyənləşdirilməsi, barəsində axtarış elan edilənlərin tapılaraq istintaqa təhvil verilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanların aşkar edilməsi və qanunsuz silahların tapılmasıdır.

O.M.