Azərbaycanda 24 aprelin kriminal xronikası

Azərbaycanda 24 aprelin kriminal xronikası

25 Aprel 2012 12:46
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 48 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 48 cinayət faktı qeydə alınmış, onların da 27-i "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 8 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 26 nəfər tutulmuşdur.

Bakı şəhər sakini Vüqar Baxşəliyevə məxsus avtomaşında yanğın baş vermişdir

24.04.2012

Aprelin 24-də saat 14:45 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Vüqar Baxşəliyevə məxsus "VAZ-2107" markalı avtomaşında yanğın baş vermişdir. Nəticədə avtomaşının yanar konstruksiyaları yanmışdır.

Mağazadan geyim əşyaları oğurlamış Yardımlı rayon sakini Rövşən Abdulov saxlanılmışdır

24.04.2012

Aprelin 24-də Binə Ticarət Mərkəzində Bakı şəhər sakini Nadir Əkbərova məxsus mağazadan geyim əşyaları oğurlamış Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Abdulov Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılmış və Qaradağ RPİ 10-cu PB-yə təhvil verilmişdir.

Bakı şəhər sakini Nüşabə Tağızadə qadınları Birləşmiş Ərəb Əmirliklərinə apardığına görə saxlanılmışdır

24.04.2012

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Nüşabə Tağızadə gəlir əldə etmə məqsədilə insan alveri ilə məşğul olaraq qadınları Birləşmiş Ərəb Əmirliklərinə apardığına görə saxlanılmışdır.

Yol-nəqliyyat hadisəsi törətmiş Bakı şəhər sakini Cavid Nəcəfov tutulmuşdur

24.04.2012

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də Sənubər Əliyevanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "Mitsubişhi Pajero" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini Cavid Nəcəfov tutulmuşdur.

Mağazalardan oğurluq etmiş Qəbələ şəhər sakinləri Nazim Səmədov, Nofəl Səmədli və Samux rayon sakini Məhəmməd Məmmədov tutulmuşlar

24.04.2012

İsmayıllı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Əliyar Davudova, Vasif Musayevə və Ruslan Aslanova məxsus mağazalardan oğurluq etmiş Qəbələ şəhər sakinləri Nazim Səmədov, Nofəl Səmədli və Samux rayon sakini Məhəmməd Məmmədov tutulmuşlar.

Quba rayon ərazisindən odlu silah və vasitələri götürülmüşdür

24.04.2012

Quba RPŞ əməkdaşları tərəfindən rayon ərazisindən 1 ədəd "AKM" avtomatı, 365 ədəd müxtəlif çaplı patron və 5 ədəd patron darağı tapılmışdır.

Axtarışda olan Nəriman Maqliyev tutulmuşdur

24.04.2012

Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının CM-nin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Nəriman Maqliyev tutulmuşdur.

Zabrat qəsəbə sakini Vaqif Novruzova bıçaqla xəsarət yetirmiş Cəlilabad rayon sakini Elvin Hacıyev tutulmuşdur

24.04.2012

Aprelin 23-də Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisindən, qəsəbə sakini Vaqif Novruzov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Cəlilabad rayon sakini Elvin Hacıyev tutulmuşdur.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Ruhid Quliyev ölmüşdür

24.04.2012

Aprelin 22-də saat 02.00 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qəsəbə sakini Fərhad Əhmədovun idarə etdiyi "VAZ-2106" və Bakı şəhər sakini Ruhid Quliyevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş F.Əhmədov aprelin 24-də orada ölmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

24.04.2012

Aprelin 24-də Sumqayıt şəhər sakinləri Lalə İsayeva, Aytən Qurbanova, Bakı şəhər sakini Sevinc Nuriyeva, Abşeron rayon sakini İradə Gülməmmədova və Nahidə Piriyeva öz evlərindən dəm qazından və dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Masallı rayonunun Mollahəsənli kənd sakini Aytən Kərimova aldığı yanıq xəsarətindən ölmüşdür

24.04.2012

Aprelin 24-də Masallı rayonunun Mollahəsənli kəndində, 5 yaşlı Aytən Kərimovanın evlərində üstünə qaynar su tökülmüşdür. Uşaq aldığı yanıq xəsarətindən xəstəxanada ölmüşdür.

O.M.