Bakıda naməlum maşın 10 yaşlı şagirdi vuraraq öldürdü

Bakıda naməlum maşın 10 yaşlı şagirdi vuraraq öldürdü

25 Aprel 2012 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, bu gün səhər saatlarında Ramana yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Naməlum avtomobil məktəbə gedən 10 yaşlı Abdulcabbar İsrayılzadəni vuraraq hadisə yerindən qaçıb. Məktəbli xəstəxanaya aparılarkən yolda keçinib. Hazırda polis hadisəni törədən sürücünün müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

O.M.