Bakıda bir nəfərin intihar cəhdinin qarşısı alınıb

Bakıda bir nəfərin intihar cəhdinin qarşısı alınıb

20 İyun 11:54
10 484
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda bir nəfərin intihar cəhdinin qarşısı alınıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Oxuməni.az