Azərbaycanlı fəal qətlə yetirilib

Azərbaycanlı fəal qətlə yetirilib

25 Aprel 2011 09:55
949
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Rusiyanın Primorsk diyarının Naxodka şəhərində yerli Azərbaycan diasporunun rəhbəri Arif Şahverdiyev bıçaqla qətlə yetirilib.


"Ria novosti" informasiya agentliyinə istinadən verilən məlumata görə, 58 yaşlı Arif Şahverdiyev baş direktoru olduğu "Arzu" kafesində bıçaqlanıb. Onun aldığı dərin yaralardan həyatını itirdiyi bildirilib. Bu barədə cinayət məcəlləsinin 105-ci maddəsi ilə Primorsk diyarında cinayət işi açılıb, istintaq davam edir.

Arif Şahverdiyevin cəsədi bazar günü səhər saatlarında ailə üzvləri tərəfindən kafedə aşkarlanıb.


Allah rəhmət eləsin...


Elvin Babayev


O.M.