Bakıda külli miqdarda saxta əsginas aşkar edilərək dövriyyədən çıxarıldı

Bakıda külli miqdarda saxta əsginas aşkar edilərək dövriyyədən çıxarıldı

24 Aprel 2012 12:36
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi Rayon Polis İdarəsinin məlumatına görə, rayonun 9-cu mikrorayon ərazisində yerləşən lisenziyası olmayan valyuta mübadilə məntəqəsində işləyənlər İlqar Əliyev və Zərifə Hüseynova saxta 10 000 Rus rublunu satarkən saxlanılıblar. Valyuta mübadilə məntəqəsinə baxış zamanı əlavə 22 ədəd 5000 rubl saxta əsginaslar aşkar edilərək götürülüb. Habelə 12 800 dollar, 16 500 rubl, 8055 manat pul və 1 daxili video-çəkiliş "DVR" aparatı aşkar edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.

O.M.