Dünən Azərbaycanda baş verən 6 avtomobil qəzasında 1 nəfər öldü, 12 nəfər yaralandı

Dünən Azərbaycanda baş verən 6 avtomobil qəzasında 1 nəfər öldü, 12 nəfər yaralandı

24 Aprel 2012 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, paytaxtın Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil yol kənarında duran 4 piyadanı vurub. Nəticədə piyadalardan biri hadisə yerindəcə keçinib. Digərləri isə xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən həmçinin bildirilib ki, ümumiyyətlə ötən gün respublikanın avtomobil yollarında 6 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

O.M.