Azərbaycanda 21-22 aprelin kriminal xronikası

Azərbaycanda 21-22 aprelin kriminal xronikası

23 Aprel 2012 11:38
Bəyəndim (0) Bəyənmədim (0)
Şənbə və bazar günləri ərzində müxtəlif cinayətlər qeydə alınmışdır

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

21.04.2012

Aprelin 21-də saat 12.00 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla 4 yaşlı Nəsrəddin Abbasov vurulmuşdur. Nəticədə xəsarət almış uşağa xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Qurban Hüseynov tutulmuşdur

21.04.2012

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-də Məhəmməd Novruzovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "Mitsubishi Pajero" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini Qurban Hüseynov tutulmuşdur.

Emil Zakirova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Samir Əsədov tutulmuşdur

21.04.2012

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da Emil Zakirova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Samir Əsədov tutulmuşdur.

Şəki şəhəri və Balaxanı qəsəbəsi ərazisindən odlu silah və vasitələri tapılmışdır

21.04.2012

Şəki ŞRPŞ və Şəki RMŞ əməkdaşları tərəfindən şəhər ərazisindən 2 ədəd "AKM" avtomatı, 193 ədəd avtomat patronu və 2 ədəd patron darağı tapılmışdır.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balaxanı qəsəbəsindəki məişət tullantıları zavodunun ərazisindən "AK-74" avtomatına aid kəsilmiş 1 ədəd qundaq, 1 ədəd lülə və 14 ədəd avtomat patronu tapılmışdır.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Yasin Məmmədov ölmüşdür

21.04.2012

Aprelin 17-də saat 22.30 radələrində Binəqədi rayonu ərazisində Bərdə rayon sakini Nicat Əliyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakinləri Samir Seyidovu və Yasin Məmmədovu vurmuşdur. Nəticədə xəsarət almış hər iki piyada xəstəxanaya yerləşdirilmişlər. Aprelin 21-də Y.Məmmədov orada ölmüş, S.Seyidovun vəziyyəti isə qənaətbəxşdir.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

21.04.2012

Aprelin 21-də Sumqayıt şəhər sakini Əli Əliyev və arvadı Nuridə mənzillərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Gəncə şəhərində yaşayan İntiqam Salmanov tutulmuşdur

21.04.2012

Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də Gəncə şəhərində yaşayan, əvvəllər məhkum olunmuş İntiqam Salmanov, şəhər sakini Sevda Heydərovanın barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, ondan 150 manat pul alarkən tutulmuşdur. İ.Salmanovun üzərindən 6,5 qram, evinə baxış zamanı isə əlavə 465 qram marixuana aşkar edilərək götürülmüşdür.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

21.04.2012

Aprelin 21-də saat 14.50 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakinləri Səbuhi İsayevin idarə etdiyi "Mercedes" və İsa Ağaməmmədovun idarə etdiyi "Hyundai Accent" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə, xəsarət almış S.İsayev, habelə İ.Ağaməmmədovun sərnişinləri - oğlanları Nicat və Fuad xəstəxanaya yerləşdirilmişlər. Fuad orada ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Cəlilabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi

21.04.2012

Aprelin 21-də saat 14.30 radələrində Cəlilabad rayonu ərazisində Biləsuvar şəhər sakini Kamil Məmmədli "VAZ-21154" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış rayon sakini Əlmürsəl Rzayevə məxsus "KamAZ" markalı avtomaşına çırpmış sonra isə hadisə yerinin yaxınlığında olan Biləsuvar rayon sakini Vəkilağa Şükürovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş V.Şükürov orada ölmüşdür.

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisələri

21.04.2012

Aprelin 20-də saat 16.15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Eldar Vahidov "Daewoo" markalı avtobusu idarə edərkən onu Naib Nəzərəliyevin idarə etdiyi "Ford" markalı avtomaşına, sonra isə qarşıda gedən Salyan rayon sakini Əhmədağa Cəbrayılovun idarə etdiyi "KamAZ" markalı avtomaşına vurmuşdur. Nəticədə, E.Vahidov və sərnişinlərindən Lizi Veroşpili hadisə yerində ölmüş, xəsarət almış digər 15 nəfər sərnişinləri xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
Aprelin 20-də saat 07.10 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla Şirvan şəhər sakini Məhəmməd Novruzov vurulmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi

22.04.2012

Aprelin 22-də saat 00.50 radələrində Səbail rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Firuz Fərzəliyev vurulmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

22.04.2012

Aprelin 22-də saat 00.20 radələrində Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Sənubər Əliyeva vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Müşfiqabad qəsəbəsi ərazisində avtomaşın yanmışdır

22.04.2012

Aprelin 22-də saat 06.00 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisindəki 2 saylı Yataqxananın qarşısında "VAZ-2109" markalı avtomaşının yanar konstruksiyaları bütövlükdə yanmışdır. Yanğın söndürüldükdən sonra avtomaşının salonunda qəsəbə sakini Bəxtiyar Mehdiyevin yanmış meyiti aşkar edilmişdir.

Biləcəri qəsəbə sakini Rəfail Bəkirova bıçaqla xəsarət yetirmiş Rövşən Həsənov tutulmuşdur

22.04.2012

Aprelin 22-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində, qəsəbə sakinləri Rövşən Həsənov münaqişə zəminində Rəfail Bəkirova bıçaqla xəsarət yetirmişdir. R.Həsənov Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən tutulmuşdur.

Bakı şəhər sakini Rəşad Rəhmanovu qətlə yetirmiş Lənkəran rayon sakini Turanə Məmmədova tutulmuşdur

22.04.2012

Aprelin 22-də Nərimanov rayonu ərazisində kirayədə yaşayan Bakı şəhər sakini Rəşad Rəhmanov qarın nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda ölmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin R.Rəhmanovla qeyri-rəsmi nikah münasibətində olan Lənkəran rayon sakini Turanə Məmmədova tərəfindən törədilməsi müəyyən edilmiş və o, tutulmuşdur.

Şəmkir rayon sakini Turad İsmayılov suda boğulmuşdur

22.04.2012

Aprelin 22-də Kür çayının Şəmkir rayonunun Dəllər-Daşbulaq kəndi ərazisindən keçən hissəsində, rayon sakini Turad İsmayılov suda boğulmuşdur. T.İsmayılovun meyitinin sudan çıxarılması üçün tədbirlər görülür.

Beyləqan şəhərində valideynləri ilə birgə kirayədə yaşayan 11 yaşlı Yadigar Əsədovu elektrik cərəyanı vurmuşdur

22.04.2012

Aprelin 22-də Beyləqan şəhərində valideynləri ilə birgə kirayədə yaşayan 11 yaşlı Yadigar Əsədovu elektrik cərəyanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş Y.Əsədov orada ölmüşdür.

Aytən Rzayevaya və Ümid Qarayevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakinləri Mahir Quliyev və Abbas Talıbov tutulmuşlar

22.04.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 8-də Aytən Rzayevaya və Ümid Qarayevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakinləri Mahir Quliyev və Abbas Talıbov tutulmuşlar.

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

22.04.2012

Aprelin 22-də saat 23.50 radələrində Sumqayıt şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini 4 yaşlı Elmir Pənah vurulmuşdur. Nəticədə xəsarət almış uşaq xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Göygöl rayonu ərazisində yol-nəqliyyat hadisəsi

22.04.2012

Aprelin 22-də saat 22.00 radələrində Göygöl rayonu ərazisində Ağstafa rayon sakini Azər Kazımov "QAZel" markalı avtomaşını idarə edərkən rayon sakini Fəxrəddin Həbibovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi

22.04.2012

Aprelin 22-də saat 16.00 radələrində Şəmkir rayonu ərazisində, rayon sakinləri Həzrətqulu Fəridinin idarə etdiyi "VAZ-21104" və Asif Ələmovun idarə etdiyi "VAZ-21723" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş H.Fəridi orada ölmüşdür.

Kəngərli rayonunun Şahtaxtı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

22.04.2012

Aprelin 22-də saat 01.00 radələrində Kəngərli rayonunun Şahtaxtı kəndi ərazisində Yurdçu kənd sakini Vaqif Rəhimov "VAZ-21014" markalı avtomaşını idarə edərkən yolda velosiped sürən kənd sakini Samiq Musayevi vurmuşdur. Nəticədə velosipedçi hadisə yerində ölmüşdür.

Qax rayonunun Alatəmir kənd sakini Tellər Xəlilova məxsus qaçırılmış avtomaşın müəyyən edilmişdir

22.04.2012

Aprelin 22-də Qax rayonunun Alatəmir kənd sakini Tellər Xəlilova RPŞ-yə ərizə ilə müraciət edərək həmin gün saat 01.00 radələrində ona məxsus "Mercedes" markalı avtomaşının qaçırılmasını bildirmişdir. Qax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşının Zaqatala şəhər sakini Emin Tahirov tərəfindən idarə edilərkən ağaca vurulması və xəsarət aldığından onun xəstəxanaya yerləşdirilməsi müəyyən edilmişdir.

Qısqanclıq zəminində qohumu Amil Həsənova bıçaqla xəsarət yetirmiş Ordubad rayon sakini İxtiyar Allahyarov tutulmuşdur

22.04.2012

Aprelin 22-də Xətai rayonu ərazisində kirayədə yaşayan Ordubad rayon sakini İxtiyar Allahyarov qısqanclıq zəminində qohumu Amil Həsənova bıçaqla xəsarət yetirmişdir. İ.Allayarov Xətai RPİ 34-cü PB əməkdaşları tərəfindən tutulmuşdur.

Sumqayıt şəhər sakini Muxtar Nəcəfov münaqişə zəminində Ramil Əliyevi bıçaqla qətlə yetirmişdir

22.04.2012

Aprelin 22-də Sumqayıt şəhərində şəhər sakini, əvvəllər məhkum olunmuş Muxtar Nəcəfov münaqişə zəminində Ramil Əliyevi bıçaqla qətlə yetirmişdir. M.Nəcəfov Sumqayıt ŞPİ əməkdaşları tərəfindən tutulmuşdur.

O.M.