Bakıda xüsusi karantin rejimi qaydalarını pozan şəxs polisə müqavimət göstərib

Bakıda xüsusi karantin rejimi qaydalarını pozan şəxs polisə müqavimət göstərib

7 İyun 2020 11:25
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtın Xətai rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, iyunun 6-da Xətai RPİ əməkdaşlarına bıçaqla müqavimət göstərən 1989-cu il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddəsi ilə məhkum olunan Emin Dadaşov zərərsizləşdirərək polis bölməsinə gətirilib.

E.Dadaşovun üzərindən 1 ədəd qatlanan tiyəli bıçaq maddi sübut kimi aşkar olunaraq götürülüb.Faktla bağlı toplanmış materiallar əsasında Xətai RPİ-nin İstintaq şöbəsində E.Dadaşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.

Oxuməni.az