Azərbaycanda 19 aprelin kriminal xronikası

Azərbaycanda 19 aprelin kriminal xronikası

20 Aprel 2012 11:01
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 59 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınmış, onların da 32-i "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 35 nəfər tutulmuşdur.

Xaçmaz şəhərində T.Yusifova bıçaqla xəsarət yetirmiş E.Həsənov tutulmuşdur

19.04.2012

Aprelin 19-da Xaçmaz şəhəri ərazisində Esmin Həsənov münaqişə zəminində Tural Yusifova bıçaqla xəsarət yetirmişdir. E.Həsənov Xaçmaz RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Kürdəmir rayon sakini V.Kamilova məxsus evdə yanğın baş vermişdir

19.04.2012

2011-ci ilin noyabr ayının 7-də saat 21.00 radələrində Kürdəmir rayonunun Atakişili kənd sakini Vüqar Kamilova məxsus evdə yanğın baş vermişdir. Faktla əlaqədar CM-nin 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanmışdır. Əməliyyat-axtarış tədbirləri Kürdəmir RPŞ tərəfindən aparılır.

Sabunçu rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla 4 yaşlı İ.Cəbiyev vurulmuşdur

19.04.2012

Aprelin 19-da saat 00.30 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini 4 yaşlı İxtiyar Cəbiyev vurulmuşdur. Xəsarət almış uşaq xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini E.Əhmədova vurulmuşdur

19.04.2012

Aprelin 17-də saat 17.00 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Eleanora Əhmədova vurulmuşdur. E.Əhmədova aprelin 19-da xəstəxanaya müraciət etmişdir.

Mart ayında itkin düşmüş Qusar rayon sakini E.Bədəlovun meyiti Samur-Abşeron kanalında tapılmışdır

19.04.2012

Aprelin 19-da saat 15.15 radələrində Qusar rayonunun Samur-Abşeron kanalının Quxuroba kəndi ərazisindən keçən hissəsində, cari ilin mart ayının 13-də itkin düşmüş rayon sakini Elvan Bədəlovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılmışdır.

Abşeron rayon sakini E.Əlişov başqa avtomaşının dövlət nömrə nişanını idarə etdiyi avtomaşının üzərinə taxdığına görə saxlanılmışdır

19.04.2012

Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də Əbdülhəsən Mirzəyevə məxsus "Citroen" markalı avtomaşının dövlət nömrə nişanlarını "Opel" markalı avtomaşının üzərinə taxıb, onu idarə edərkən Abşeron rayon sakini Elxan Əlişov saxlanılmışdır.

Sumqayıt şəhər sakini S.Feyzullayeva dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

19.04.2012

Aprelin 20-də Sumqayıt şəhər sakini Səfurə Feyzullayeva evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.

O.M.