Sürücü qadın avtomobili polisin üzərinə sürərək ona xəsarət yetirib

Sürücü qadın avtomobili polisin üzərinə sürərək ona xəsarət yetirib

27 May 13:26
21 548
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycanda tanınmış polis zabiti xidmət zamanı ağır xəsarət alıb.

Oxuməni.az xəbər verir ki, əməkdar idman ustası, kiqboksinq üzrə 6 qat dünya, 12 qat Azərbaycan çempionu "Prins Baku" təxəllüsü ilə tanınan polis kapitanı Kamil Şərifov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Suraxanı rayonu 31-ci Polis Bölməsi əməkdaşı olan K.Şərifov karantin postunda olarkən polisin qanuni tələbinə tabe olmayan xanım sürücü tərəfindən vurulub. Karantin postunda "Audi" markalı maşını idarə edən qadını icazə sənədi olub-olmamasını yoxlamaq üçün saxlamaq istəyərkən sürücü qadın avtomobili K.Şərifovun üstünə sürüb. Qaçmağa çalışarkən avtomobil Kamilin sol ayağının üstündən keçib. Xəstəxanada müayinə zamanı məlum olub ki, ayağında vətərlər qopub.

Hazırda prokurorluqda cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxuməni.az